какойто текст который добавляется через панель
Haqqımızda
Strategiya və Missiya
“L.B. Audit Xidməti” MMC -nin (“Leading Edge Alliance”-ın müstəqil üzvü) həyata keçirdiyi fəaliyyətlər, beynəlxalq audit standartlarına və Audit Təlimatında müəyyənləşdirilən siyasət və qaydalara müvafiq olaraq aparılır.
Audit Təlimatı audit fəaliyyətlərinin icra edilməsində yüksək keyfiyyət standartlarını təmin edən peşəkar bir sənəddir. Bu sənəd Audit üzrə Beynəlxalq Standartlar toplusunda, Beynəlxalq Mühasiblər Federedasiyası (IFAC) tərəfindən nəşr olunan Peşəkar Mühasiblər üçün Etika Kodeksində, eləcə də mühasibatlıq və auditlə bağlı digər peşəkar sənədlərdə əks olunan texniki tələbatlar əsasında hazırlanmışdır.
“L.B. Audit Xidməti” MMC (“Leading Edge Alliance”-ın müstəqil üzvü) ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında “Auditorun mülki məsuliyyətinin icbari sığortası haqqında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən 2015-2016-cı illər üzrə olan dövr üçün Şirkətə Sığorta Şəhadətnaməsi verilmişdir.
“L.B. Audit Xidməti” MMC hər il nəzərdə tutulan dövr üzrə icbari sığorta olunur.
“L.B. Audit Xidməti” MMC- nin auditin bütün sahələri üzrə ixtisaslaşmış kadrları var o cümlədən, şirkətdə 3 nəfər lisenziyalı auditor fəaliyyət göstərir.
“L.B. Audit Xidməti” MMC- nin auditin bütün sahələri üzrə ixtisaslaşmiş kadrları var.
Cəmiyyət Beynəlxalq Maliyyə Hesabatları Standartlarına - BMHS uyğun tərtib edilmiş maliyyə hesabatlarının auditi; Nizamnamə fondunun formalaşdırılmasının auditi; Xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin auditi; Azərbaycan Respublikasının standartlarına uyğun tərtib edilmiş maliyyə hesabatlarının BMHS standartlarına uyğun tərtib edilmiş maliyyə hesabatlarına transformasiyasını, mühasibat uçotu, vergi məsələləri, əmək qanunvericiliyi və mülki qanunvericilik üzrə məsləhət xidmətləri (konsaltinq) təklif edir. O cümlədən:
§ Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) uyğun olaraq daxili uçot siyasətinin hazırlanması;
§ BMHS-na uyğun olaraq vahid işçi hesablar planının və təsərrüfat əməliyyatlarının nümunə modelinin tərtib edilməsi;
§ İdarəetmə uçotunun ilkin sənədlərinin tərtib edilməsi;
§ İdarəetmə uçotunun vahid təsnifatının qurulması;
§ Xərclərin idarəetmə uçotu metodunun və məhsulun maya dəyərinin hesablanması (kalkulyasiyası);
§ İdarəetmə uçotunun aparılmasını tənzimləyən daxili təlimat və qaydaların tərtib edilməsi;
§ Konsalide edilmiş (birləşdirilmiş) maliyyə hesabatlarının tərtib edilməsi;
§ Əməkdaşlara Beynəlxalq Maliyyə Hesabatları Standartları üzrə ixtisasartırma kurslarının (treninqlərin) təşkil edilməsi;
§ Ən dolğun maliyyə hesabatının tərtib edilməsi üçün maliyyə vəziyyətinin kompleks təhlilini təşkil edir.
§ Qiymətləndirmə, Biznesin Qiymətləndirilməsi və Planlaşdırılması.
§ Müəssisə və təşkilatlara muhasibat xidmətlərinin göstərilməsi və muhasibat uçotunun bərpası.
§ Vergi və Hüquq Məsləhətləri.